Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2024 , 22:57

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt bələdiyyəsinin birgə təşkilatçılığı ilə futbol turniri başa çatıb

27 iyun 2024-cü il tarixində Sumqayıt şəhər “KapitalBank” Arenada Sumqayıt şəhər Bələdiyyəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi,  Şimal Regional Futbol Federasiyası və Sumqayıt Futbol Klubunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında keçirilən mini-futbol idman növü üzrə Sumqayıt şəhər kubokuna yekun vurulub. Yarışda ümumilikdə 8 komanda qalib adı uğrunda mübarizə aparıb.

Məqsəd şəhərdə 15 İyun – Milli Qurtuluş Gününün qeyd edilməsi, mini-futbol idman növünün kollektivlər arasında kütləviləşdirilməsi və sağlam həyat tərzinin təbliğ edilməsidir.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abşeron-Xızı Regional Təhsil İdarəsinin komandası birinci, SOCAR karbamid zavodunun və “Azərsu” ASC-nin Sumqayıt Sukanalı idarəsinin komandaları isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutub.

Qalib komandalar fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif edilib. 

Sumqayıt bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər